Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Berlində anım tədbiri keçirilib

25.02.2023 [19:15]

Xəbərin mətni

Heydər Əliyev Fondu və Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirib. Tədbirdə, həmçinin Xocalı soyqırımı ilə bağlı sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Xocalı soyqırımına dair hazırlanmış qısa film nümayiş etdirilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI