Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Mexikoda keçirilən etiraz aksiyasında 90 min insan iştirak edib

27.02.2023 [10:52]

Xəbərin mətni

Meksika Prezidenti Andres Manuel Lopes Obradorun təşəbbüsü ilə aparılan seçki islahatlarına qarşı Mexikoda keçirilən etiraz aksiyasında 90 min nəfər iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə şəhərin təhlükəsizlik idarəsi tviter səhifəsində məlumat yayıb. Qeyd edilib ki, etiraz aksiyasında hər hansı insident olmayıb.