Sülhməramlılara məxsus yanacaqdaşıyan avtomobillər aksiya ərazisindən sərbəst keçiblər
27.02.2023 [11:00]
Xəbərin mətni
Azərbaycanın Şuşa rayonunun ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 78-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər ərazidən maneəsiz hərəkət edirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus dörd yanacaqdaşıyan avtomobilin Laçın istiqamətinə, 1 yük avtomobilinin isə Xankəndi istiqamətinə sərbəst hərəkətinə şərait yaradılıb.