RƏSMİ


Prezident İlham Əliyev BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Tsaba Körösi Qoşulmama Hərəkatının Sammitinə dəvətə görə minnətdarlığını bildirdi, Hərəkatın beynəlxalq münasibətlər sistemində mühüm rola malik təsisat olduğunu qeyd etdi.