CƏMİYYƏT


FHN təhlükəsizlik tələblərinə cavab verməyən qurğunun fəaliyyətini məhdudlaşdırıb

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 86 ünvanında yerləşən “Azərikimya” İstehsalat Birliyinə məxsus Etilen-Polietilen zavodunun 01 saylı piroliz sahəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı zavodda insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək ciddi pozuntular aşkar edilib. Belə ki, piroliz sahəsində istismar edilən F10 A/B buxar qızdırıcısının bloklayıcı və mühafizə sistemlərinin, habelə idarəetmə dolabının ləğv edildiyi müəyyən edilib.