Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nərimanov rayonunda terminaldan 29 min manat oğurlayan şəxs saxlanılıb

07.03.2023 [11:52]

Xəbərin mətni

Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib. Naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib. Hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində müəyyən edilərək saxlanılıb.