Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağ yoxsa qəhvəyi qabıqlı yumurta?

10.03.2023 [17:22]

Xəbərin mətni

Market və dükanlarda broyler yumurtaları iki rəngdə təklif olunur - ağ və qəhvəyi. Ağ qabıqlı yumurta ilə qəhvəyi rəngli yumurta arasında təxminən 4-8 qəpiyədək qiymət fərqi var. Maraqlıdır, yumurtanın qabığının rəngi onun keyfiyyətinə dəlalət edirmi?
AZƏRTAC-ın bölgə müxbiri mövzu ilə əlaqədar Gəncədə satıcı və alıcılarla görüşüb, mütəxəssis rəyini öyrənib.