CƏMİYYƏT


Şuşada 23 binadan ibarət yaşayış kompleksi tikilir

Şuşa şəhərinin Baş planına uyğun olaraq iki ilə yaxındır ki, irimiqyaslı işlər görülür. Bunlar əsasən, elektrik, su təchizatı, rabitə xətlərinin yenidən qurulması, sosial infrastrukturla əlaqəli işlərdir. Aparılan işlərin əsas məqsədi şuşalıların tez bir zamanda doğma yurdlarına geri qayıtmasıdır. Bunun üçün də bütün lazımi tədbirlər görülür.