CƏMİYYƏT


Qəbələdə meşədə baş verən yanğın məhdudlaşdırılıb

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Vəndam qəsəbəsi yaxınlığında meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.