Azərbaycan Dövlət İnformasiya Agentliyi

Narkotik vasitələrin satışı ilə məşğul olan iki qardaş saxlanılıb

14.03.2023 [12:44]

Xəbərin mətni

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polisə Tural və Orxan adlı şəxslərin rayon ərazisində narkotiklərin satışını həyata keçirdikləri barədə məlumat daxil olub.