CƏMİYYƏT


Bu kənddə Torpaq çərşənbəsi gecə məzarlıqda qeyd olunur

İlaxır çərşənbə hər bölgədə özünəməxsus qaydada, öz adət-ənənəsi ilə qeyd edilir. Elə Tovuz rayonunun Əyyublu kəndində də sonuncu - Torpaq çərşənbəsinin adətləri heç də Novruz bayramı şənliklərindən geri qalmır. Həmin günü bütün kənd elliklə qeyd edir. Qədim ənənələrimiz bu gün də yaşadılmaqdadır.
Əyyublu kənd sakinlərinin Novruz çərşənbələrində yaşatdığı fərqli bir ənənə də var. Belə ki, digər çərşənbələrdə olduğu kimi, Torpaq çərşənbəsində də hava qaralanda qəbiristanlıq ziyarət olunur, dünyasını dəyişmiş əzizlərinin məzarı önündə şamlar yandırılır.