CƏMİYYƏT


Bakıda İranlı “Əli” adlı narkotacirin daha bir adamı həbs edilib

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 1 nəfər saxlanılıb. Polisə Tamerlan adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs- əvvəllər məhkum olunmuş Tamerlan Əliyev tutularaq Polis Bölməsinə gətirilib. Onun üzərindən 3 kiloqrama yaxın heroin və marixuana aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə “Əli” kimi tanıdığı İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.