Azərbaycan Dövlət İnformasiya Agentliyi

Talış kəndinin sakinləri doğma torpaqlarında

16.03.2023 [14:33]

Xəbərin mətni

Böyük Qayıdış proqramı çərçivəsində Talış kəndinə ilk mərhələdə köçürülən ailələr doğma torpaqlarına qayıdıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin əməkdaşları qarşılayıblar.