SİYASƏT
Şəkidə Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
16.03.2023 [16:03]
Xəbərin mətni
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Şəki şəhərində “Heydər Əliyev və təhlükəsizlik orqanları” mövzusunda növbəti tədbir keçirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, Şəki şəhərinin təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər.