RƏSMİ


Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri martın 16-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, Ankaranın Esenboğa hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi rəsmi şəxslər yola saldılar.