Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad edilən Qoçəhmədlidə Novruz tonqalı qalandı

20.03.2023 [20:42]

Xəbərin mətni

Novruz adət-ənələri bir-birindən o qədər də seçilməsə də bu Vətənin hər obasında, hər elində bayrama başqa bir rəng, başqa bir ab-hava, başqa bir coşqu qatılır. Novruzda sanki hisslər, duyğular, ruhlar belə yenilənir, təzələnir.
Baharın gəlişilə oyanan təbiətlə bahəm sanki işğaldan azad edilən Füzulinin Qoçəhmədli kəndinə də yeni nəfəs gəlib. AZƏRTAC-ın təşkilatçılığı ilə sakinlər işğaldan azad edilən kəndlərinə ziyarət edərək, bayram tonqalı qalayaraq, həsrətli günləri geridə qoyublar.