MƏDƏNİYYƏT


Novruz bayramı Avropa Şurasının mənzil-qərargahında qeyd olunub

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi, Avropa Şurası yanında Daimi Nümayəndəliyimizin və Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində (Konqres) nümayəndə heyətimizin birgə təşkilatçılığı ilə Konqresin 44-cü sessiyası çərçivəsində Novruz bayramı münasibətilə mədəni tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Fəxrəddin İsmayılov nəsildən-nəslə ötürülən Novruz bayramının Azərbaycan xalqının ən əziz bayramlardan biri olduğunu qeyd edib. O, Novruzun yazın gəlişini və təbiətin oyanışını, daha firavan gələcəyə yeni ümidi ifadə etdiyini, eləcə də həmrəylik, qarşılıqlı hörmət və anlaşma dəyərlərini təbliğ etdiyini vurğulayıb. Daimi nümayəndə 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etdiyini, 2016-cı ildə isə Novruzun UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini xatırladıb.