DÜNYA


Fransada etirazlar zamanı 120-dən çox polis yaralanıb, 80-dən artıq nümayişçi saxlanılıb

Fransada pensiya islahatına qarşı keçirilən etirazların yatırılması zamanı azı 123 polis və jandarm zabiti yaralanıb, 80-dən çox nümayişçi saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin məlumat verib.
Pensiya islahatına qarşı ümumi etirazın doqquzuncu günündə, martın 23-də Parisdə nümayişçilərlə polis arasında toqquşma baş verib. Polis əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.