DÜNYA


ABŞ-də şokolad fabrikində partlayış: ölən və yaralananlar var

ABŞ-nin Pensilvaniya ştatının Uest-Redinq şəhərində şokolad fabrikində baş vermiş parlayış və yanğın nəticəsində azı iki nəfər həlak olub. Doqquz nəfərin taleyi isə məlum deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Associated Press” məlumat yayıb. Şəhər polis idarəsinin rəisi Ueyn Holbenin sözlərinə görə, partlayışın səbəbi hələ ki müəyyən edilməyib.
Hadisə nəticəsində xəsarət alan 8 nəfər isə Uest-Redinq xəstəxanasına yerləşdirilib.