Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dövlət sərhədini pozan Pakistan vətəndaşları saxlanılıb

25.03.2023 [10:41]

Xəbərin mətni

Martın 24-də saat 15:35-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Samux rayonunun Salahlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 5 nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.