CƏMİYYƏT


Dövlət sərhədini pozmağa cəhd göstərən Gürcüstan vətəndaşı saxlanılıb

Martın 24-də saat 21:45-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Gürcüstan Respublikası vətəndaşı saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin 1981-ci il təvəllüdlü Qəhrəmanov Vidadi Ayaz oğlu olduğu müəyyən edilib.