CƏMİYYƏT


31 Mart soyqırımı həqiqətlərinin ünvanı - Quba Soyqırımı Memorial Kompleksi REPORTAJ

Azərbaycanlıların soyqırımının 105-ci ildönümü ilə əlaqədar həmvətənlərimiz Quba Soyqırımı Memorial Kompleksini ziyarət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarətçilər arasında, hökumət və dövlət nümayəndələri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, sıravi vətəndaşlar, müxtəlif idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri var.