CƏMİYYƏT


Polis Akademiyasında soyqırımı qurbanları anıldı

Martın 31-də Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının, xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Dövlət Himni səsləndirilib.