SİYASƏT


Zəfərə gedən yol: APREL DÖYÜŞLƏRİ

2016-cı ildə cəbhə boyu ərazilərdə baş verən aprel döyüşlərindən yeddi il keçir. Məhz həmin ildə, aprelin 1-dən 2-nə keçən gecə Ermənistan hərbi birləşmələri öz mənfur niyyətindən əl çəkməyərək növbəti dəfə cəbhə xəttində atəşkəsi pozdu. Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələrinin erməni silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalması nəticəsində 6 dinc sakin həlak oldu, 26 nəfər yaralandı. Çox çəkmədən Azərbaycan Silahlı Qüvvələri tərəfindən təxribatların qarşısı əks həmlə ilə alındı. Aprel döyüşləri kimi tarixə düşən bu döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. O döyüşlərdə bir neçə ərazi və yüksəkliklər düşməndən azad olundu. Müzəffər ordumuzun bu döyüşlərdə qazandığı təcrübə 44 günlük İkinci Qarabağ müharibəsində xüsusi rola malik oldu.