SİYASƏT


Hərbi ekspert: Aprel döyüşləri böyük təcrübə oldu

Aprel döyüşləri 44 günlük İkinci Qarabağ müharibəsi üçün böyük təcrübə oldu. Bu sözləri AZƏRTAC-a müsahibəsində hərbi ekspert Vüqar Əliyev söyləyib. O bildirdi ki, bu döyüşlərdə Ordumuz ilk dəfə müasir silahları, o cümlədən pilotsuz uçuş aparatlarını və ən müasir tank əleyhinə idarəolunan raket komplekslərini sınaqdan çıxardı.
Ordumuz bu döyüşlərdə qazandığı təcrübəni daha da təkminləşdirməsi sayəsində İkinci Qarabağ müharibəsində qələbə qazandı.