DÜNYA


ABŞ-da tornado nəticəsində ölənlərin sayı 30-a çatıb

Cümə günündən etibarən ABŞ-nin bir neçə ştatını vuran tornado nəticəsində ölənlərin sayı 30-a çatıb.
AZƏRTAC NBC telekanalına istinadla xəbər verir ki, ən çox ölüm halı Tennessi ştatında qeydə alınıb - 13 nəfər. Arkanzas və İndiana ştatlarının hər birində isə 5 nəfər həlak olub.