Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ali Hərbi Məktəbdə Ümummilli Liderin 100 illiyinə həsr olunan tədbir

12.04.2023 [18:58]

Xəbərin mətni

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Dövlət Himni səsləndirilib.