SİYASƏT


Ceyhun Bayramov: Laçın yolu açıqdır və bundan sonra da açıq olacaq

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnailə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, 2020-ci il üçtərəfli Bəyanata əsasən, Laçın yolu üç məqsədlə istifadə oluna bilər. Yoldan vətəndaşların, yüklərin və nəqliyyat vasitələrinin keçidi nəzərdə tutulub. Laçın yolu bu məqsədlər üçün açıqdır və bundan sonra da açıq olacaq.