DÜNYA


Hindistanda fabrikdə qaz sızması nəticəsində 11 nəfər ölüb

Hindistanın şimalındakı Pəncab əyalətinin Ludhiana şəhərindəki fabrikdə qaz sızması nəticəsində 11 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, Hindistan mətbuatının yazdığına görə, ölənlərdən 3-ü uşaqdır və 10-dan çox adam xəstəxanaya yerləşdirilib.
Sızıntının səbəbini müəyyən etmək üçün araşdırmalara başlanılıb.