DÜNYA
Yaponiyada 6,5 bal gücündə zəlzələ olub, ölən və yaralananlar var
05.05.2023 [17:26]
Xəbərin mətni
Yaponiyada mayın 5-də baş verən 6,5 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, 21 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla 14:42-də (Bakı vaxtı ilə 8:42) İşikava prefekturasının Noto şəhərində qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 12 kilometr dərinlikdə olub. Bəzi binalara ziyan dəyib. Naqano və Kanazava şəhərləri arasında sürətli qatar səfərləri dayandırılıb.