SİYASƏT


Sloveniyada Mehdi Hüseynzadənin 105 illiyi qeyd edilib

Azərbaycan xalqının igid oğlu, əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin anadan olmasının 105 illiyi Sloveniyanın Nova Qoritsa regionunda təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimi Mehdi Hüseynzadənin abidəsinin və xatirə muzeyinin yerləşdiyi Nova Qoritsanın Şempas qəsəbəsində baş tutub.
Tədbirdə Azərbaycanın və Sloveniyanın Dövlət himnləri səsləndirilib, iki ölkənin nümayəndə heyətləri tərəfindən yerli sakinlər, müharibə veteranlarının iştirakı ilə Azərbaycanın qəhrəman oğlunun şərəfinə ucaldılmış abidə önünə əklillər qoyulub.