SİYASƏT


Novosibirskdə Ulu Öndərin 100 illiyinə həsr olunmuş gecə keçirilib

Rusiyanın Novosibirsk şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğunun və UNESCO üzrə Azərbaycan milli komissiyasının təşkilatçılığı ilə Arnold Kats adına Novosibirsk Dövlət Konsert Salonunda keçirilən gecədə Novosibirsk Qanunvericilik Məclisinin, şəhər meriyasının, ictimaiyyətin, diaspor nümayəndələri iştirak ediblər.
Konsert salonunun foyesində Ulu Öndər Heydər Əliyevin Rusiyanın görkəmli şəxsiyyətləri, Baykal-Amur Magistralının tikintisində iştirak edən inşaatçılar ilə görüşlərini əks etdirən fotosərgi təşkil olunub.