CƏMİYYƏT


Fəhləlikdən SSRİ Ali Sovetinin deputatlığına qədər yüksələn Kəsirə Həsənova

Heydər Əliyevin zəhmət adamları ilə keçirdiyi görüşləri, onlara verdiyi dəyəri gözlərimlə görüşmüşəm. O zaman mənim 23 yaşım var idi. Sadə və zəhmətkeş kənd adamlarına deputat olmaq şansı verirdi. Biz təsərrüfatçıları kəndə, torpağa bağlayaraq daim ruhlandırırdı. Bu canlanma və qayğı sovetlər dövründə Azərbaycanı kənd təsərrüfatında öncül sıraya çıxardı.
Bunu AZƏRTAC-a iki dəfə SSRİ Ali Sovetinin deputatı seçilmiş, SSRİ dövlət mükafatı laureatı, “Qırmızı bayraq” ordenli Lənkəran sakini Kəsirə Həsənova Ulu Öndərlə bağlı xatirələrini bölüşərkən söyləyib.