SİYASƏT


Praqada Ümummilli Liderin yubileyinə həsr edilmiş şahmat turniri və rəsmi qəbul keçirilib

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycanın Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı və bu ölkənin Şahmat Federasiyasının dəstəyi ilə qrosmeysterlər və həvəskarlar arasında beynəlxalq şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə Çexiya, Slovakiya, Ukrayna, Azərbaycan və digər ölkələrdən 30-dan çox şahmatçı iştirak edib.