CƏMİYYƏT


Ağstafada evdə partlayış: xəsarət alanlar var

Ağstafa rayonunda qaz sızması nəticəsində fərdi evdə partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə rayonun Tatlı kəndində qeydə alınıb. Partlayış nəticəsində biri uşaq olmaqla, 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar Cəlilabad sakinləri İradə Rzayeva, Səma Rzayeva, Şabran rayon sakini Məryəm Məmmədli, Qəbələ şəhər sakinləri Atilla Qasımlı, Qasımlı Səidə və Bakı sakini Əlihüseyn Həsənovdur.
Zərərçəkənlər xəstəxanaya aparılıb, onlardan üçü ambulator yardım aldıqdan sonra evə buraxılıb. Digərlərinin vəziyyəti isə ağır və orta-ağır qiymətləndirilir. Bədəninin 80 faizindən çox hissəsi yanan Əlihüseyn Həsənov paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.