SİYASƏT


Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi başa çatıb

2023-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun bütün qoşun növləri, hərbi hissə və bölmələrində silah, döyüş, eləcə də xüsusi texnika yay mövsümündə istismar rejiminə keçirilib.
Plana uyğun olaraq, yay mövsümündə silah və texnikanın fasiləsiz, eləcə də dayanıqlı istismarını təmin etmək məqsədilə hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla texnikaya mövsümi qulluq göstərilib.