Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qobustan rayonu ərazisində baş verən yol qəzasında beş nəfər ölüb

22.05.2023 [12:20]

Xəbərin mətni

Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər ölüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Xəsarət alan 1 nəfərin isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərildiyi bildirilir.