CƏMİYYƏT


Məhkəmə arxeologiyası və antropologiyası mövzusunda beynəlxalq konfrans keçirilir

Mayın 23-də Bakıda “Məhkəmə arxeologiyası və məhkəmə antropologiyası: humanitar tətbiqlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, beynəlxalq konfrans Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfədir təşkil edilir.
İkigünlük beynəlxalq tədbirdə müxtəlif ölkələrdən olan iki yüzdən çox iştirakçı məhkəmə arxeologiyası və antropologiyası ilə bağlı bilik və təcrübələrini bölüşəcəklər.