Mixail Qusman: Rusiya və Azərbaycan KİV nümayəndələrinin görüşləri ənənəsinin əsasını Heydər Əliyev qoyub
23.05.2023 [19:48]
Xəbərin mətni
Rusiya və Azərbaycan KİV nümayəndələrinin görüşləri ənənəsinin əsası daim onların təşkilinə kömək edən Heydər Əliyev tərəfindən qoyulub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri” mövzusunda keçirilən dəyirmi masada TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.