CƏMİYYƏT


Hövsanda üzərində odlu silah gəzdirən şəxs saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub. Tədbir zamanı əvvəllər məhkum olunmuş, Hövsan qəsəbəsində yaşayan Tərlan Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərindən 1 ədəd kustar üsulla hazırlanmış atəşə yararlı “Retay F-29” markalı tapança aşkar olunaraq götürülüb. Tərlan Məmmədov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.