Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tallində 28 May – Müstəqillik Günü qeyd olunub

24.05.2023 [17:40]

Xəbərin mətni

Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Tallin şəhərində 28 May - Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Estoniya parlamentinin (Riigikogu) sədr müavini Yuri Ratas, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Riina Solman və qrupun üzvləri, Estoniyada akkreditə olunan diplomatik korpusun, Estoniyadakı Azərbaycan icmasının, həmçinin yerli ictimaiyyətin təmsilçiləri iştirak ediblər.