SİYASƏT


Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirlər çərçivəsində hərbi qulluqçular üçün ictimai-siyasi hazırlıq dərsləri, dəyirmi masalar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, eləcə də sənədli və bədii filmlər nümayiş olunub. Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın Milli Qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanlarının abidələri, Şəhidlər xiyabanları və tarixi muzeylər ziyarət edilib.