İsmayıllı-Lahıc yoluna tökülən qaya parçaları təmizlənir
01.06.2023 [12:39]
Xəbərin mətni
Gecə saatlarında intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun 17-ci kilometrində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinə problemlər yaradıb.
Əraziyə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb edilib.