CƏMİYYƏT
Yaşayış binasında yanğın: Sakinlər təxliyyyə olundu
08.06.2023 [10:37]
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusif Eyvazov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquz mərtəbəli binanın 6-cı mərtəbəsinin pilləkan qəfəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində pilləkan qəfəsində 3m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 6 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Bina və mənzillər yanğından mühafizə olunub.
02.12.2023 [22:22]
01.12.2023 [01:29]
29.11.2023 [14:27]
27.11.2023 [15:16]
02.12.2023 [18:01]
30.11.2023 [17:44]
30.11.2023 [16:46]
29.11.2023 [10:28]
28.11.2023 [17:17]
02.11.2023 [17:33]
02.11.2023 [16:51]