CƏMİYYƏT


Səyyahlar Ağdamda minatəmizləmə prosesi ilə tanış olublar

Ağdam rayonuna səfər edən xarici səyyahlar Baş Qərvənd kəndi ərazisində minatəmizləmə prosesi barədə məlumatlandırılıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməliyyat meneceri Xaliq Zülfüqarov səyahətçilərə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verib. Bildirib ki, Ağdam rayonu mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri hesab edilir.