Prezident İlham Əliyev: Azərbaycan-Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir
15.06.2023 [14:05]
Xəbərin mətni
Bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.
Pakistanın Baş naziri ilə təmaslarının müntəzəm olduğunu və ötən il müxtəlif beynəlxalq tədbirlər çərçivəsində iki dəfə görüşdüklərini vurğulayan dövlətimizin başçısı bildirib: “Mən minnətdaram ki, cənab Baş nazir mənim dəvətimi qəbul edib və ölkəmizə rəsmi səfərə gəlib”.