Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa rayonu istiqamətində yerləşən mövqelərimiz fasilələrlə atəşə tutulub

16.06.2023 [10:17]

Xəbərin mətni

İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.