SİYASƏT


Fransa radiosunda Azərbaycan və Qarabağ həqiqətlərindən danışılıb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin “Sud Radio” radiosuna müsahibə verib.
AZƏRTAC xəbər verir ki, səfir, ilk növbədə, jurnalistə “Dağlıq Qarabağ” adlı bölgənin olmadığını, yalnız Azərbaycanın Qarabağ iqtisadi rayonunun mövcud olduğunu bildirib. Diplomat deyib: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur, yalnız Qarabağ var və o, Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.