Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə partlayış: xəsarət alanlar var

21.06.2023 [22:34]

Xəbərin mətni

Partlayışa səbəb təbii qaz sızması olub. Partlayış olan binanın fasadı küçəyə uçub. Fasadı uçmuş binada Paris Amerika Akademiyasının yerləşdiyi bildirilir.
Partlayışdan əvvəl sakinlər qaz iyi hiss etdiklərini deyiblər. Hadisə nəticəsində 4 nəfər ağır olmaqla 29 nəfərin yaralandığı bildirilir. Uçqunlar altında 2 nəfərin axtarışı davam edir.