Kiyevə növbəti raket hücumu: ölənlər və xəsarət alanlar var - AZƏRTAC-ın müxbiri hadisə yerində
24.06.2023 [13:14]
Xəbərin mətni
Kiyev iyunun 24-nə keçən gecə qanadlı raketlərin növbəti hücumuna məruz qalıb.
AZƏRTAC xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib. Kiyevə atılan 20-dən artıq raket zərərsizləşdirilib. Zərərsizləşdirilən raketlərdən birinin qalıqları Kiyevin mərkəzi hissəsində 24 mərtəbəli yaşayış binasına ciddi ziyan vurub, üç mərtəbə sıradan çıxıb.